«Senergy Group» 2012-ci ildən geniş spektrumlu layihələr üzrə fəaliyyət göstərən və müxtəlif sahələrdə təcrübəyə sahib olan şirkətdir. Şirkətimiz yeni bina və strukturların tikintisindən tutmuş, ərazi və landşaft, təmir və yenidənqurma işlərindən, infrastruktur layihələrinə qədər geniş sahədə fəaliyyət göstərir. «Senergy Group» inşaat və tikinti sahəsində geniş layihə portfelinə sahib olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətdir.
 
Şirkətimiz eyni zamanda landşaft dizaynında son dünya trendlərinidə tətbiq edir. Layihələrimizi tam zamanında və qüsursuz təhvil vermək üçün komandamıza ancaq peşəkarları cəlb etmişik. Aktiv yaradıçılıq illəri ərzində əldə etdiyimiz qiymətsiz təcrübə ən çətin layihələrin belə həllində bizə yardımcı olur.
 
Şirkətimizin fəaliyyət sahələri:
1. Şirkət xüsusi torpaq işləri üçün təcrübəli mütəxəssisləri ilə layihələr icra edir. Bu yerdən qaldırma, xüsusi torpaq hazırlığı və mühərrik layihələri daxil olmaqla geniş bir sahəni əhatə edir.
2. Beton və dəmir-beton konstruksiyaların layihələrdə quraşdırılması, tikinti və təmiri.
3. Mühəndislik standartlarına uyğun olaraq metal konstruksiyaların quraşdırılması və təmiri.
4. Müştərinin tələblərinə və proyektin məlumatlarına əsaslanan ağac konstruksiyaların quraşdırılması.
5. Fasad dizaynı, material seçimi, quraşdırılması və təmiri.
6. Svay işləri bir layihənin stabil və dayanıqlı zəminə sahib olmasını təmin edən kritik bir mərhələdir. Bu işlərin düzgün şəkildə həyata keçirilməsi layihənin müvafiq funksiyalarını və tələblərini yerinə yetirməsini təmin edir.
7. Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri. Elektrik, su, qaz, kanalizasiya və kommunikasiya şəbəkələrinin qurulması, təmiri və baxımı.
8. Hidrotexniki layihələrin qurulması, su təchizatı və drenaj sistemlərinin təyini.
9. Yol tikintisi, yol təmiri və yenidənqurulması, asfalt işləri.
10. Körpülər, estakadalar və yol ötürücülərinin tikintisi və təmiri.
11. Layihəyə uyğun olaraq xüsusi qurğuların quraşdırılması və tikintisi.
12. Sənaye təsərrüfatları, ticarət və ofis binaları, məscidlər və digər mülki obyektlərin tikintisi və dizaynı.
 
«Senergy Group» müştərilərinin tələblərinə uyğun olaraq peşəkarlıq, keyfiyyət və təhlükəsizlik standartlarına əsaslanan yüksək səviyyəli inşaat və tikinti xidmətləri təqdim edir. Bu sahələrdə geniş təcrübə və bacarığa sahib olan peşakar komandası ilə müştərilərinin tələblərinə uyğun layihələr həyata keçirir. Şirkət müasir standartlara uyğun keyfiyyətli tikinti xidmətləri təqdim edir.